Britaniya yəhudi icmasını qorumaq üçün 91 milyon dollar ayıracaq

0

Böyük Britaniya 2028-ci ilə qədər ölkədəki yəhudi icmaları, məktəbləri və sinaqoqları üçün təhlükəsizlik tədbirlərini təmin etmək üçün “Community Security Trust” (CST) xeyriyyə təşkilatına 72 milyon funt sterlinq (91 milyon ABŞ dolları) ayıracaq.

“Report” xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.

Maliyyə vəsaiti yəhudi icmasının üzvlərinin ziyarət etdiyi məkanların mühafizəsinin təmin edilməsinə, müşahidə kameralarının və siqnalizasiya sistemlərinin quraşdırılmasına sərf olunacaq.

CST daha əvvəl məlumat vermişdi ki, Britaniyada antisemitizm hadisələri 2023-cü ildə Yaxın Şərqdə artan münaqişələr fonunda son 40 ilin ən yüksək səviyyəsinə çatıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »