Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyat üçüncü mərhələsinə qədəm qoyub.
İctimai Rəy xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz müharibənin ortasındayıq. Qarşımıza aydın məqsəd qoymuşuq – HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik. Qəzza zolağının bloklanmasını nəzərdə tutan birinci mərhələ tamamlandı. İkinci mərhələdə hava hücumları davam edir. Üçüncü mərhələdə anklav ərazisinə yerüstü əməliyyatın miqyası genişlənir. İsrail ordusu sistematik olaraq addım-addım irəliləyir”, – Netanyahu bildirib.