Gecə İsrail ordusu HƏMAS-ın “Xan-Yunus – Qərb” batalyonunun komandiri Mədət Mübaşiri məhv edib.
İctimai Rəy xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, Mübaşir israil mülki vətəndaşlarına və hərbçilərinə partlayıcı və snayper silahı ilə hücumlarda iştirak edib.
Qeyd edək ki, bir neçə gün öncə İsrail ordusu HƏMAS-ın batalyon komandiri, əvvəllər hərəkatın dəniz qüvvələrinin komandiri olmuş Taysir Mübaşirin məhv edildiyini açıqlamışdı.
Comments are closed.