NATO üzvləri Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini əldə etməsindən hiddətləniblər, bununla əlaqədar ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı tədqiqatçı Brenda Şaffer Ermənistanla Fransa arasında müdafiə sazişinin bağlanmasına münasibətində bildirib.
“Bəs, NATO və Vaşinqton NATO üzvü Fransanın KTMT üzvü Ermənistana hava hücumundan müdafiə sistemi satmasından razıdırmı?” – Şaffer bildirib.