Qəzzada köçkünlərin sayı 423 mini ötdü

İsrailin bombardmanları nəticəsində Qəzza zolağındakı evlərini tərk edənlərin sayı 423 min nəfəri ötüb.

İctimai Rəy xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yaydığı hesabatda qeyd olunub.

“Qəzza zolağında əhalinin kütləvi köçü davam edir. Son 24 saat ərzində köçkünlərin ümumi sayı 25% artaraq 423 min nəfərə çatıb. Köçənlərin üçdə ikisindən çoxu BMT-nin Yaxın Şərqdəki Fələstinlilərə Yardım işləri üzrə Agentliyinin məktəblərinə sığınıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, İsrail Qəzza zolağının şimalında olan 1,1 milyon insanın 24 saat ərzində cənuba köçmələri barədə xəbərdarlıq edib.

Comments are closed.

Tərcümə »