Böyük Britaniyanın Şimali İrlandiya regionunda ABŞ prezidenti Co Bayden səfəri öncəsi terror hücumları ilə bağlı polis tərəfindən xəbərdarlıq edilib.
Xarici mətbuat xəbər verir ki, polisin fikrincə, hüquq-mühafizə orqanlarının diqqətini ciddi iğtişaşlarla yayındırmaq, bundan terror aktları üçün istifadə etmək cəhdləri ola bilər.
Bayden aprelin 11-dən 14-dək Britaniya və Şimali İrlandiyaya səfər edəcək. ABŞ prezidenti burada Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşəcək.
Qeyd edək ki, aprelin 10-da Şimali İrlandiyanın statusu ilə bağlı münaqişəyə son qoyan Belfast sazişinin imzalanmasından 25 il keçir.