Rusiya Baxmut ərazisinə əlavə qoşun yeridib və müəyyən uğurlar əldə edərək, ərazidə artilleriyadan daha səmərəli istifadə etməyə başlayıb.
Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Son günlərdə rus qoşunları Baxmut uğrunda döyüşdə müəyyən qədər sürətlənib, daha da irəliləyiblər. Çox güman ki, indi şəhərin mərkəzinə daxil olub, Baxmutka çayının qərb sahilini ələ keçirib. Ukraynanın əsas təchizat marşrutu, şəhərin qərbindəki 0506-cı yol ciddi təhlükə altındadır”, – məlumatda deyilib.