Özbəkistanın bir sıra şəhərlərində silsilə zəlzələ olub. Zəlzələnin episentri Tacikistana aiddir. UzNews.uz agentliyinin məlumatına görə yeraltı silkələnmənin Özbəkistan ərazisində yayılma gücünü aşağıdakı kimidir:
Daşkənd – 5 ball;
Sırdərya vilayəti – 5 ball;
Fərqanə vilayəti – 5 ball;
Cızaq vilayəti – 5 ball;
Namanqan vilayəti – 4 – 5 ball;
Səmərqənd vilayəti – 4- 5 ball;
Əndicən vilayəti – 4- 5 ball;
Surxandı vilayəti – 4 ball;
Qaşdərə vilayəti – 4 ball;
Navoy vilayəti – 4 ball;
Buxara vilayəti – 4 ball.
Xatırladaq ki, mart ayının 23-də Qazaxıstanda qeydə alınan 2-3 balllıq yeraltı təkanlar Taraz, Şimkənd və Türküstan vilayətlərində hiss olunub. Ondan daha əvvəl, mart ayının 21-dən 22-nə keçən gecə episentri Əfqanıstana aid olan zəlzələ bir neçə ölkələrə – Qazaxıstan, Türkmənistan, Hindistan, Pakistan, Tacikistan, Özbəkistan, Çin və Qırğızıstana da təsir edib. Daşkənddə baş verən təkanların gücü isə 5 ball olaraq qiymətləndirilib.