Fransadan xəbərdarlıq: Kreml döyüş taktikasını dəyişir

0

Fransanın müdafiə naziri Sebastyan Lekorn Ukraynaya xəbərdarlıq edib ki, qışda Rusiya müharibə taktikasını dəyişə bilər. Moskva diqqətini quru əməliyyatlarından hava hücumlarına keçirəcək.

Axar.az xəbər verir ki, o, bu barədə “Le Journal du Dimanche”yə müsahibəsində bildirib.

“Rusiyanın son zərbələri nadir intensivliyə malikdir. Qarşıdan qış gəlir və bu, yerüstü manevrləri çətinləşdirir. Ruslar bu zərbələri xüsusən mülki enerji obyektlərinə yönəldəcək. Onlar Xersonda məğlub olublar. Onların geri çəkilməsi taktiki idi. Geri çəkilməklə minlərlə hərbçinin əsir alınmasından yayınıb, Dnepr boyunca müdafiə xəttini dondurblar”, – nazir bildirib.

O qeyd edib ki, Rusiya qabaqcıl silahlarla, yeni səsdən sürətli raketlərlə öyünsə də, onların köhnə döyüş sursatlarının böyük ehtiyatları var.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »