Enerji infrastrukturunun dağıdılması ilə əlaqədar Kiyevdə və regionda yeni qrafiklərə əsasən elektrik enerjisiz qalma müddəti 4-6 saatdan çox ola bilər.
Bu barədə məlumat xarakterli telemarafon zamanı DTEK-in icraçı direktoru Dmitri Saxaruk bildirib.
O qeyd edib ki, Kiyevə və Kiyev vilayətinə elektrik enerjisinin ötürülməsini təmin edən kritik infrastruktur elementlərinin əlavə zədələnməsi səbəbindən məhdudiyyət səviyyəsi artıb.