Son dəqiqə… Consonun taleyi bu gecə səsvermədə həll olunacaq

Partiyaqeyt qalmaqalı ilə mübarizə aparan Britaniyanın baş naziri bu gecə Mühafizəkarlar Partiyasının liderliyini itirə bilər. Conson səsvermədə məğlub olarsa, istefa verməlidir.

İngiltərədəki koronavirus epidemiyası zamanı Downing Street 10-da ziyafətlərə qatıldığı ortaya çıxan Baş nazir Boris Consonun taleyi bu axşam bəlli olur.

Conson Partygate qalmaqalı ilə mübarizə apararkən, onun Mühafizəkarlar Partiyasının rəhbərliyinə bu axşam səs veriləcək.

Conson səsvermədə məğlub olarsa, istefa verməlidir.

Səsvermə gizli səsvermə və sadə səs çoxluğu əsasında aparılacaq. 359 Mühafizəkar deputatın hamısı səs verməlidir Consonun vəzifəsində qalması üçün, ən azı 180 səs lazımdır.

Bütün ölkənin karantində olduğu günlərdə baş nazirlikdə keçirilən şənliklər İngiltərədə son həftələrin bir nömrəli gündəmidir. Boris Consonun sözügedən məclislərə qatıldığı və fotoların İngiltərə mətbuatında manşetlərdə dərc edildiyi üzə çıxıb.

Boris Conson baş nazirin iqamətgahında keçirilən bəzi şənliklərə qatıldığı üçün, polis araşdırmasından sonra cərimələnib.

Conson səsvermədə məğlub olarsa, Mühafizəkarlar Partiyası tərəfindən seçiləcək yeni lider həm də Böyük Britaniyanın yeni baş naziri olacaq və hökuməti formalaşdıracaq.

Conson səsvermədə qalib gələrsə, Mühafizəkarlar Partiyasının mövcud qaydalarına görə, eyni səsvermə 1 il ərzində keçirilə bilməz.

Səsvermə üçün partiyanın deputatlarının ən azı 15 faizi (54) yazılı müraciət etməlidir.

Bu gün səhər saatlarında səsvermə üçün 15 faizlik baryerin keçdiyi açıqlansa da, neçə deputatın səs vermək istədiyi açıqlanmayıb.

Comments are closed.

Tərcümə »