Misir, Həzrət Yusifin buğda ehtiyatı modelini əsas götürəcəklərini bildirdi.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə “Kənd Təsərrüfatı İstehsalının Gələcəyi” Layihəsinin açılışında Rusiya-Ukrayna müharibə səbəbiylə taxılın qiymətinin qalxması və tədarükün dəyişməsi ilə əlaqədar Misirin üzləşdiyi çətinliklərlə bağlı açıqlamalar verib.
Əbdülfəttah əs-Sisi bu ölkələrdəki ixracatçıların Rusiya və Ukrayna ilə müharibədən mənfi təsirləndiyini ifadə edərək, bu ilin Misir üçün kifayət qədər taxıl ehtiyatı əldə etmək baxımından çətin bir il olduğunu qeyd edib.
Sisi, Hz.Yusifin dövründə yaşanan “qıtlığa” toxunaraq, Hz.Yusifin buğda ehtiyatı modelini əsas götürəcəklərini və buğda ehtiyat faylına önəm verəcəklərini bildirib.
Misir illik orta hesabla 23 milyon ton buğda istehsalı ilə dünyanın ən böyük buğda istehlakçılarından biri hesab edilir ki, bunun da 9 milyon tonu yerli istehsal, 14 milyon tonu isə idxaldır.