Ukrayna prezidenti Vladimir Zelenskinin əleyhdarları Mariupoldakı məğlubiyyətdə onu günahlandıraraq, Ukraynada hakimiyyəti dəyişməyə cəhd edəcəklər, Ukrayna Ali Radasının mandatından məhrum edilmiş deputatı İlya Kiva belə bir proqnozla çıxış edib.
“Ukrayna Silahlı Qüvvələrinin Mariupolda məhv edilməsinə və mühasirəyə alınmasına, Luqansk vilayətində minlərlə yeni qurbanlara, ölməyə buraxılmış və ya sadəcə olaraq silinmiş Ukrayna əsgərlərinin sayına görə və Ukrayna qoşunlarının faktiki məğlubiyyətindən sonra, Zelenskininin rəqibləri minlərlə insanın ölümündə ittiham edərək, onu hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar.”, – Kiva Telegram kanalında yazıb.
O əlavə edib ki, Zelenskinin ofisi hərbi çevrilişin təhlükəsini anlayır və artıq Ukrayna hakimiyyətini təhdid edənlərə qarşı repressiyalar hazırlayır.
Xatırladaq ki, mayın 4-də müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun Azov dənizindəki ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupolda nəzarəti ələ keçirdiyini açıqlamışdı. Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin bildirib ki, Rusiya həmişəlik Mariupoldadır.
Comments are closed.