Qərb ölkələrindən Ukraynaya silah çatdırılması “cəhənnəm karuselinə” çevrilib və Ukraynada qan tökülməsini davam etdirmək üçün həyata keçirilir.
İctimairey.az xəbər verir ki, bu barədə çərşənbə günü, aprelin 27-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Bu, sülhməramlı hərbi-texniki əməkdaşlıq deyil, təcrübə mübadiləsi deyil, bu, qan tökülməsini davam etdirmək üçün münaqişə zonasına silahların verilməsidir”, – deyə XİN nümayəndəsi bildirib.
Bundan əvvəl diplomat bildirib ki, Rusiya Amerika Birləşmiş Ştatlarına Ukraynaya silah tədarükünü dayandırmağı tələb edən nota göndərib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar nəinki münaqişənin həllinə töhfə verməyə çalışmır, həm də “silahları daha da artırmağa və vəziyyəti gərginləşdirməyə” çalışır. Üstəlik, dövlətlərin əsas vəzifəsi Moskvanı zəiflətmək və onun səsinin dünyada heç bir məna kəsb etməməsinə çalışmasıdı.
Comments are closed.