Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko şəhərin Darnitski rayonunun Rusiya qüvvələri tərəfindən bombalandığını açıqlayıb. Ərazidən tüstünün qalxdığı görülüb. Rusiya dünən Kiyevə raket hücumlarını artıracağını açıqlayıb.
Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko Telegram kanalında verdiyi açıqlamada, “Kiyev səhər saatlarında bombalandı. Şəhərin kənarındakı Darnitski rayonunda partlayışlar oldu. Hazırda hadisə yerində xilasetmə və tibbi qruplar işləyir. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir”.
Kiyev sakinlərindən hava hücumu xəbərdarlığına qulaq asmasını xahiş edən Kliçko şəhəri tərk edən sakinlərə hələlik qayıtmamağı və təhlükəsiz ərazilərdə qalmağı tövsiyə edib.
Digər tərəfdən, Kiyevin Darinski rayonundan da tüstünün qalxdığı görülüb.
RUSİYA ELAN EDİB
Dünən verdiyi açıqlamada Rusiya Müdafiə Nazirliyi “öz ərazisinə qarşı təxribat səbəbindən” Kiyevə raket hücumu həyata keçirəcəklərini açıqlayıb.