Yunanıstan hökuməti Rusiyanın ölkədəki 12 diplomatını persona non-qrata elan edib.
TASS bildirir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, aprelin 5-də Latviya 13, Estoniya 14, İspaniya 25, İsveç 3, İtaliya 30, Danimarka 15 Rusiya diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etmişdi.