Bunu İctimaiRəy.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, Ukrayna Rusiyanı geri oturdacaq:
“Rusiya müharibənin ilk günləri ilə müqayisədə artıq bir neçə mövqedən geri çəkilib. Müharibənin üstün tərəfiyik, buna əvvəlcədən də inanırdıq. Rusiyanın Ukraynaya göndərdiyi hərbçilərinin çoxu zərərsizləşdirilib, onların cansız bədənləri qalıb.
Ermənistanın Ukraynaya qarşı istifadə üçün Rusiyaya 4 ədəd Su-30 qırıcısı və xüsusi təlim keçmiş pilotları göndərməsi sırf siyasi qərardır. Əslində İrəvanın bu qərarı mənim üçün gözlənilməz olmadı. Ermənistanın bu addımı işğalçılıq siyasətinin ona yad olmadığı anlamına gəlir və İrəvan barbar Rusiyadan qorxduğu üçün belə bir qərarın onun xeyrinə olacağı düşüncəsindədir.
Ukrayna ABŞ və Qərb demokratik sivilizasiyasına doğru addımlayır. Bunun üçün Rusiyada yaxşı bir nümunə yoxdur, başqa seçimimiz də yoxdur. Makron isə Zelenskinin dediyi kimi, qorxaqdır. O, prezident seçkiləri öncəsi öz nüfuzu üçün oynayır. Düşünürəm ki, Makron seçildikdən sonra ritorikasını dəyişəcək”.