Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motzuyanik bildirib ki, ukraynalı əsgərlər Kiyevə daxil olmaq istəyən rus qoşunlarını paytaxtdan təxminən 70 kilometr aralıda geri itələyiblər.
Motzuyanik öz bəyanatında vurğulayıb ki, Kiyev yaxşı qorunur və onun müdafiəsi Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri tərəfindən həyata keçirilir.
Motzuyanik, Ukrayna əsgərlərinin rus qoşunlarını paytaxt Kiyevin 70 kilometrliyində geri itələdiyini bildirərək, işğalçıların bəzi bölgələrdə 35 kilometr geri çəkildiyini qeyd edib.
Ukrayna Silahlı Qüvvələri də bu gün Sumi vilayətinin Trostyanes şəhərini və Zaporojiya vilayətinin Poltovka kəndini rus qoşunlarından geri aldığını bildirib.
Digər tərəfdən, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli qarşıdurmaların davam etdiyi açıqlanıb.
İrpinin meri Aleksandr Markuşin “Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib” deyib.