AK bildirib ki, Aİ Rusiya qazının pulunu rublla ödəməyə icazə verməyəcək

0

AK rəhbəri fon der Lyayen: Aİ sanksiyalardan yan keçərək qazın pulunu rublla ödəməyə icazə verməyəcək.

Avropa İttifaqı Rusiya qazının pulunu rus rublu ilə ödəməyi qəbuledilməz hesab edib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

O, belə bir variantın qəbuledilməz olduğunu vurğulayıb. Onun fikrincə, rublla ödənişlər Aİ-nin tətbiq etdiyi anti-Rusiya sanksiyalarının pozulması olacaq.

“Bu, sanksiyalardan yayınmaq cəhdi olardı. Məhdudiyyətlərimizin aşılmasına icazə verməyəcəyik” fon der Leyen bildirib.

Bundan əvvəl prezident Vladimir Putin hökumət üzvləri ilə görüşdə bildirib ki, Rusiya dost olmayan ölkələrə qaz nəqli üçün ödənişləri rubla çevirir. Onun sözlərinə görə, Rusiya mallarının Avropa İttifaqı və ABŞ-a tədarük edilməsi və ödənişin xarici valyuta ilə alınması mənasızdır. Putin həmçinin ölkə öz nüfuzuna dəyər verdiyi üçün, mavi yanacağın müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə tədarükünü davam etdirəcəyini açıqlayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »