SON DƏQİQƏ: BMT-nin baş katibi Ukraynadakı vəziyyətlə bağlı TƏCİLİ  müraciət edib

0

BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlara başlamağa çağırıb. İctimairey.az xəbər verir.i

Onun sözlərinə görə, gec-tez tərəflər danışıqlar masasına keçməli olacaqlar.

Quterreş hesab edir ki, Rusiya və Ukraynanın “hərbi əməliyyatları indi dayandırmaq və indi ciddi danışıqlara başlamaq üçün, kifayət qədər gücü var”.

“Ukraynada münaqişənin davam etdirilməsi mənəvi cəhətdən qəbuledilməzdir, siyasi baxımdan bağışlanmaz və hərbi baxımdan mənasızdır. İstənilən ölçü ilə – hətta ən ağıllı hesablamalarla döyüşləri dayandırmağın və sülhə şans verməyin vaxtıdır ” BMT Baş Katibi.

O, həmçinin xəbərdarlıq edib ki, Ukraynadakı hərbi əməliyyatların nəticələri bütün dünyada hiss olunacaq və aclıq böhranına çevrilmək təhlükəsi yaranacaq. Onsuz da ərzaq, enerji və gübrələrin qiymətləri havaya qalxır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının bütün vacib məsələlərin nəzərə alındığı hərtərəfli sazişin imzalanması ilə başa çatacağına ümid etdiyini bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »