ABŞ Yuri Qaqarinə qarşı sanksiyalar tətbiq edib

0

Amerikanın “Kosmik Fond” təşkilatı “cari dünya hadisələri işığında” ənənəvi tədbiri olan “Yuri gecəsi”ni “Kosmik Festival” adlandırıb.

Yuri Qaqarinə qarşı belə “sanksiyalar”la fond Kiyevə dəstəyini ifadə edib.

Kolorado Sprinqsdə hər il keçirilən tədbir qeyri-kommersiya Kosmik Fondu tərəfindən keçirilir. Simpoziumda 160-a yaxın kosmik şirkət, 100 məruzəçi və beynəlxalq kosmik ictimaiyyətin yüksək səviyyəli nümayəndələri iştirak edir.

“Bu fandreyzinq tədbirinin məqsədi dəyişməz olaraq qalır – gələcək nəsli ulduzlara çatmağa ruhlandırmaqla, kosmosda insan nailiyyətlərini qeyd etmək” deyə təşkilatçılar Twitter-də açıqlayıb.

Hadisə artıq xarici mətbuatda və sosial şəbəkələrdə pislənilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »