SON DƏQİQƏ: Xirosima Ukraynada nüvə silahından istifadə etməməyə çağırır – FOTO

0

İkinci Dünya Müharibəsində ABŞ tərəfindən atom bombası atılan Xirosima, müharibədən illər keçməsinə baxmayaraq, hələ də yaralarını sağaltmağa çalışır.

IctimaiRey.az Xirosimanın keçmiş meri Rusiyaya “nüvə silahı” ilə bağlı çağırış edib.

Xirosimanın keçmiş meri Akiba Tadatoşi Rusiyanı Ukraynaya qarşı müharibəsində nüvə silahından istifadə etməməyə çağırıb.Xirosima

 

 

 

 

 

 

 

Akiba, ayın əvvəlində ictimaiyyət tərəfindən imzalanan ‘liderlərin Ukraynada nüvə silahına əl atmamasını istəyən’ petisiyasından sonra mətbuatla görüşüb.

Yaponiya Xarici Müxbirlər Klubunda (YXMK) keçirilən görüşdə Akiba Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə hədələnməsinə reaksiya verib.

1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atdığı nüvə bombalarını xatırladan Akiba qurbanların “canlı cəhənnəmə” məruz qaldığını bildirib.1953 Hiroshima film with some 90,000 extras back in theaters with English subtitles - The Mainichi

 

 

 

 

Dünya liderlərindən “nüvə hücumunun vurduğu ziyanı müşahidə etmək üçün iki şəhərə səfər etmələrini” xahiş edən Akiba ölkəsinə də müraciət edib.

Akiba 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə Xirosima seçki dairəsindən parlamentə daxil olan Yaponiyanın baş naziri Kişida Fumionu “liderləri razı salmağa” çağırıb.

Kişidadan Putin də daxil olmaqla dünya liderləri ilə görüşməyi xahiş edən Akiba, atom bombası qurbanlarından öz inanclarını həmsöhbətlərinə çatdırmalarını istəyib.Hiroshima Poetry, Prose and Art

 

Martın 1-də petisiyasını açıqladığı və indiyədək 95.000 imzaya çatdırdığı Akiba, 1999-2011-ci illərdə Xirosima meri vəzifəsində çalışıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »