Almaniyanın keçmiş kansleri Angela Merkel cibgir tərəfindən qarət edildikdən sonra, pulqabısı yoxa çıxıb. Bu barədə bu gün, fevralın 25-də Bild qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Merkel özü də alış-veriş üçün supermarketə getməyi xoşlayır. Berlinin Morsesstrasse küçəsindəki mağazada növbəti alış-veriş zamanı Almaniyanın keçmiş kansleri pulqabısını itirib. Nə Merkel, nə də onun mühafizəçisi naməlum şəxsin onu arabadan asılmış çantasının necə oğurlandığını görməyib.
Yerli hüquq-mühafizə orqanları bildiriblər ki, Merkel polis bölmələrindən birində baş vermiş oğurluqla bağlı şəxsən şikayət edib.