BOK Rusiya və Belarusun bayraqlarından və himnlərindən imtina etməyə çağırıb

0

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi heç bir idman tədbirində Rusiya və Belarusun dövlət bayraqlarından və himnlərindən istifadə etməməyə çağırıb.

İctimairey.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

2020-ci ilin dekabrında İdman Arbitraj Məhkəməsi (İAM) Ümumdünya Antidopinq Agentliyi (ÜAA) və Rusiya Antidopinq Agentliyi (RAA) arasında mübahisəyə dair qərarı dərc edib, buna görə Rusiya idmançıları 16 dekabr 2022-ci ilə qədər Rusiya bayrağı altında yarışlarda, əsas beynəlxalq yarışlarda iştirak edə bilməzlər. Bundan əlavə, Rusiya himni, dövlət gerbləri və ya simvollarından istifadə qadağandır. Eyni zamanda, Belarus bu sanksiyalara məruz qalmayıb.

BOK bütün idman yarışlarında, o cümlədən İAM-ın sanksiyalarına məruz qalmayan yarışlarda Rusiya və Belarusun milli simvollarının istifadəsini məhdudlaşdırmağa çağırıb.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »