İranın Təbriz şəhərində döyüş təyyarəsi qəzaya uğrayıb.
İctimairey.az bildirir ki, İranın yarı-rəsmi Mehr xəbər agentliyinin verdiyi xəbərdə qəzaya uğrayan döyüş təyyarəsinin İrana aid olub-olmadığı açıqlanmayıb və başqa təfərrüatlara yer verilməyib.
Səlahiyyətlilər təyyarə qəzasında 3 nəfərin öldüyünü açıqlayıb. Təyyarənin həmin vaxt bağlı olan məktəbin yanında qəzaya uğradığı, təyyarədə olan iki pilotun, eləcə də oradan keçən bir mülki şəxsin həlak olduğu bildirilib.