Rusiya dövlət televiziyasından qalmaqallı şərh: Ərdoğanın şəklini paylaşdılar

0

Belarusla keçirdiyi təlimlər və verdiyi rəsmi açıqlamalarla bölgəyə müharibə gərginliyini gətirən Rusiyadan heyrətamiz görüntü gəlib. Rusiya dövlət televiziyası “Müharibə kimə sərfəli olacaq?” sualı verilərək, prezident Ərdoğan da daxil olmaqla liderlərin fotolarını paylaşıb.

Putin və Baydenin sammit üçün prinsipial razılığa gəldiklərini açıqlamalarından sonra, Rusiya ilə Ukrayna arasında gərginlik azalsa da, Rusiya dövlət televiziyasında yayımlanan proqram gərginliyi qızışdırmağa kifayət edib.

Rusiyanın “Rossiya 1” dövlət televiziyasında yayımlanan proqramda aparıcı “Hansı liderlərə müharibə lazımdır” adlı bölüm hazırlayıb. Aparıcının hazırladığı siyahıda onların arasında liderlər də az deyil, səbəbləri də göstərilib.

İngiltərə kral ailəsi üzvlərindən Boris Consondan, prezident Ərdoğandan Emmanuel Makrona qədər bir çox adın yer aldığı siyahı sosial mediada gündəm olub. Putinin tərəfdarı kimi tanınan aparıcı Dmitri Kiselyov Ukrayna ordusunun ölkənin şərqində minlərlə insanı qətlə yetirdiyini iddia edərək, bu gərginliyin arxasında qərb liderlərinin olduğunu iddia edib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »