Türkiyədə turist avtobusu aşıb
Türkiyənin Aksaray və Konya qəsəbələri arasında ölümlə nəticələnən qəza baş verib. Turist avtobusu yoldan çıxaraq aşıb.
İctimairey.az xəbər verir ki, Haber telekanalının məlumatına görə, qəza nəticəsində azı 5 nəfər ölüb, daha 26 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb.
İlkin ehtimala görə, avtobus sürücüsünün yolun buzlaşması səbəbindən idarəetməni itirdiyi ehtimal edilir. Qəza xəbəri üzərinə hadisə yerinə çox sayda sağlamlıq, polis, jandarma və xilasetmə qrupları sövq edilib.
Avtobusda azərbaycanlıların olub-olmaması barəsində hələlik məlumat yoxdur.