İran Ermənistan və Azərbaycan ərazisindən nəqliyyat marşrutları çəkəcək. Bunu “Novosti-Armenia Telegram” kanalına iranşünas Qohar İskəndəryan deyib.
“Azərbaycan vasitəsilə deyil, çünki artıq dəmir yolu şəbəkəsi tikilir və bu, malların daşınması üçün sərfəli olacaq. Bu yol Ermənistan vasitəsilə çəkiləcək, çünki bu, , İranın Avropa ilə yeganə quru əlaqəsidir, Türkiyə vasitəsilə də deyil “, – İsgəndəryan bildirib.
O qeyd edib ki, İran güclü regional ölkə olduğundan, həmişə alternativ yollar axtaracaq.
“Biz bilirik ki, İranın ticarətinin əsas yolu Türkiyədən, bir hissəsi isə Azərbaycandan keçir. Amma həqiqətən də, onun daha bir yolu olmalıdır və bu yol Ermənistandır”, – iranlı ekspert bildirib.
İskəndəryan qeyd edib ki, Ermənistan hakimiyyəti Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin tikintisi prosesinə inteqrasiya etmək üçün, əlindən gələni etməlidir. Bu, bizi blokadadan çıxara bilər və biz regionda öz yerimizi və rolumuzu qazanarıq”, – ekspert bildirib.
Ekspert deyib ki, Ermənistan-İran dəmir yolu ilə bağlı hesablamalar aparıldıqda, tikintinin həcminin 3 milyard dollara çata biləcəyini göstərdilər, çünki dağların arasından tunellər çəkilməlidir.
“Ermənistanda bu məbləğlər olsa idi, o zaman İranla birlikdə dəmir yolunu mütləq çəkərdik, amma problem ondadır ki, bizdə bu pul yoxdur və nə indiki, nə də əvvəlki hakimiyyət bu vəsaiti əldə edə bilməyib”, – o deyib.