Sergey Lavrov: “Öz ərazimizdə nə lazımdırsa, onu da edəcəyik”

0

“Biz öz ərazimizdə özümüzə nə lazımdırsa, öz təhlükəsizliyimiz üçün nəyi vacib hesab ediriksə, onu da edəcəyik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in sədri Zbiqnev Rau ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.

“Biz Qərbdən olan həmkarlarımızın ATƏT-in təhlükəsizlik və bölünməzlik üzrə prinsiplərini guya bizdən yaxşı bilirlər deyə bunu bizə başa salmasını qəbul etmirik. Bu lovğalığa, rusofobiyaya son qoymaq lazımdır”, – nazir vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »