Ukrayna böhranının kəskinləşməsi fonunda ABŞ-dan Avropaya maye təbii qaz ixracı artıb.
Axar.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.
Məqalənin müəllifi Daniel Yerginin fikrincə, ABŞ-da neft və qaz hasilatının artması ölkənin geosiyasi və iqtisadi aktivinə çevrilib. Bu da rusiyalı rəqiblərini Avropa bazarından sıxışdırıb çıxarmağa imkan verir:
“Neft və qaz sənayesi 2020-ci ilin yazında pandemiyanın başlaması nəticəsində yaranan qiymət çöküşündən sonra bərpa olunmağa davam edir. Bu artım fonunda ABŞ yenidən dünyanın ən böyük neft və təbii qaz istehsalçısına çevrilib”, – Yergin bildirib.
Müəllif eyni zamanda Amerika neft sənayesinin uğurunu birbaşa Ukrayna böhranının kəskinləşməsi ilə əlaqələndirib:
“Ukrayna böhranı və Avropadakı enerji böhranı ABŞ-ın neft və qaz hasilatının qlobal təsirinə işıq salır”.