Vladimir Zelenski: bu gün “birlik günü”, hamı milli bayraqları assın və mavi, sarı lentlər taxsın

0

BMT-nin baş katibi Avropada müharibə ilə bağlı fərziyyələri pisləyir

BMT Avropada müharibə ilə bağlı fərziyyələrdən narahatdır. Bu açıqlama ilə təşkilatın baş katibi Antonio Quterreş çıxış edib.

Antonio Quterres, BMT-nin baş katibi: “Avropada mümkün hərbi münaqişə ilə bağlı artan gərginlik və fərziyyədən dərin narahatam. Onun bəşəri əzabları, məhv edilməsi və Avropa və qlobal təhlükəsizliyinə vurduğu ziyan haqqında düşünmək belə çox böyükdür. Biz belə fəlakətli toqquşma ehtimalına yol verə bilmərik”.

Bir gün əvvəl Antonio Quterres Sergey Lavrovla video danışıq aparıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri BMT-nin baş katibinə Rusiyanın NATO və ATƏT-ə üzv ölkələrlə apardığı təhlükəsizlik təminatları üzrə məsləhətləşmələr barədə məlumat verib.

Əks təbliğat aparan mediya qruplarının yazdığı məlumatlar vəziyyəti gərginləşdirir. “Bu gün  Rusiya Ukraynaya işğala başlamalıdır”. Belə saxtakarlıqlara görə, Rusiya Xarici İşlər Nazirliyi Amerika xəbər agentliyini müharibəni təbliğ edən dezinformasiya vasitəsi adlandırıb. Co Bayden də daha əvvəl demişdi ki, hərbi əməliyyat fevralın 16-da başlayacaq. Bundan sonra, Vladimir Zelenski bu tarixi “birlik günü” elan edib və bütün ukraynalıları milli bayraqları asmağa, mavi və sarı lentlər taxmağa çağırıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »