SON XƏBƏR: ABŞ diplomatik missiyanın əməkdaşlarının əksəriyyətini Kiyevdən təxliyə edib

0

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.

Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən gərginlik fonunda ABŞ səfirlik işçilərinin əksəriyyətini Kiyevdən təxliyə edib.

Bu barədə ABŞ Dövlət Departamentindəki mənbələr bildiriblər və qeyd ediblər ki, fevralın 12-nə diplomatik missiyanın demək olar ki, bütün heyəti Ukrayna paytaxtını tərk edib.

“Kiyevdə yalnız az sayda ABŞ nümayəndələri qalıb. Təxminən 200 işçi heyətinin əksəriyyəti Ukraynanın qərbinə yönləndirilə bilər və orada Polşa ilə sərhədə yaxın ərazidə işləyəcəklər”, – mənbə bildirib.

ABŞ Dövlət Departamenti məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »