Martda Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Qurbanqulu postu kimə verir?

0

Martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

İctimairey.az xəbər verir ki, bu barədə Dövlət Xəbər Agentliyi (DXA) məlumat yayıb ki, hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun göstərişi ilə seçkilərə hazırlıq başlayıb.

Onun tapşırığına uyğun olaraq, Türkmənistan Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlığa başlayıb və artıq onların keçirilmə tarixi ilə bağlı qərar verib. Bu barədə jurnalistlərə MSK sədrinin köməkçisi Bezirgen Karaev məlumat verib.

“Türkmənistan prezidentinin tapşırığına uyğun olaraq, ölkənin Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq işlərinə başlayıb.

Respublika başçısı istefasını rəsmən açıqlamasa da, növbədənkənar seçkilərin keçirilməsini ölkəni idarə etmək üçün “gənclərə yol vermək” istəyi ilə izah edib.

Bu “çətin qərarı” Türkmənistan prezidenti fevralın 11-də parlamentin yuxarı palatasının iclasından sonra, çıxışında bəyan edib.

“Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun olaraq yetişdirilən gənc liderlərə verilməsi ideyasını dəstəkləyirəm”, – deyə Berdiməhəmmədov bildirib.

Hazırkı prezident 2007-ci ildən vəzifədədir. Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib. Qanuna görə, növbəti seçki 2024-cü ildə keçirilməlidir.

Qeyd edək ki, 2016-cı ildə Türkmənistan parlamenti prezidentlik müddətinə məhdudiyyəti aradan qaldırıb. Bundan əlavə, ölkə konstitusiyasında prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılması ilə bağlı dəyişiklik edilib.

Yerli ekspertlərin fikrincə, hazırkı prezidentin ən çox ehtimal olunan varisi onun 40 yaşlı oğlu Serdar Berdiməhəmmədov olacaq.

Hazırda o, baş nazirin iqtisadiyyat üzrə müavini vəzifəsini tutur, yəni ştatda ikinci şəxsdir, çünki baş nazir postu yoxdur və hökumətə prezident rəhbərlik edir.

Bundan əlavə, hakimiyyətin iqtisadi rıçaqları artıq Serdarın əlindədir – 2021-ci ilin noyabrında Qurbanqulu Berdiməhəmmədov oğluna ölkənin neft-qaz kompleksinə nəzarət etməyi tapşırmışdı.

Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dekabrın sonunda Rusiya vaksinləri sayəsində ölkəsində bir dənə də olsun koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »