HƏR AN MÜMKÜNDÜR: Dünya ictimaiyyətinin diqqəti Ukrayna sərhədləri yaxınlığındakı vəziyyətə yönəlib

0

Qərbdə deyirlər ki, Rusiya hətta Pekin Olimpiadası başa çatmamış Ukraynaya hücuma başlaya bilər.

ABŞ rəsmilərinin Rusiyanın hər an Ukraynaya müdaxilə edə biləcəyi ilə bağlı təkrar bəyanatı dünyanın diqqətini bu ölkənin sərhədlərindəki vəziyyətə yönəldib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan daha əvvəl demişdi ki, Rusiya hətta Pekin Olimpiadası başa çatmamış Ukraynaya müdaxiləyə başlaya bilər.

 Rusiya Xarici İşlər Nazirliyi isə, Qərb rəsmilərini və mediasını Ukrayna ətrafında gərginliyi süni şəkildə gücləndirmək planlarında ittiham edib.

ABŞ və Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya Ukrayna sərhədləri yaxınlığında təxminən 135 min hərbçi yerləşdirib, Moskva isə sərhəd bölgələrində hərbi kontingentin sayını açıqlamaqdan yayınır.

Rusiya ordusu son aylarda Ukrayna sərhədi boyunca, o cümlədən Belarusun şimal sərhədləri yaxınlığında, eləcə də Qara dəniz regionunda hərbi təlimlərini gücləndirib. “Allied Resolve-2022” davam edən Rusiya-Belarus təlimləri çərçivəsində Rusiya Belarusa çoxlu sayda hərbi birləşmələr yerləşdirib.

Rusiya tərəfinin rəsmi açıqlamalarına görə, bu günə qədər Belarus ərazisinə S-400 hava hücumundan müdafiə sistemləri, Su-35 və Su-25 qırıcıları, həmçinin Pantsir-S zenit-raket və silah sistemləri yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin 20 Yanvar tarixli bəyanatında deyilir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin bütün “məsuliyyət sahələrində” bir sıra dəniz təlimləri keçiriləcək. Təlimlərə 140-dan çox döyüş gəmisi və yardımçı gəmi, 60-dan çox təyyarə, minlərlə hərbi texnika, on minə yaxın hərbi qulluqçu cəlb olunacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »