Rusiyada köhnə AN-2 tipli nəqliyyat təyyarəsinin havaya 1 kilometr qalxdıqdan sonra, qəzaya uğraması nəticəsində 2 pilotun həlak olduğu bildirilir.
Rusiyanın Kamçatka adasındakı Severnye Koryaki kəndi yaxınlığında uçuş-enmə zolağından təxminən 70 yaşı olan təyyarə havaya 1 kilometrlikdə qalxdıqdan sonra, hündürlüyünü itirərək meşəlik əraziyə düşüb.
İctimairey.az xəbər verir ki, yanğından sonra əraziyə çoxlu yanğınsöndürən və ilk yardım qrupları göndərilib. Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olan 2 pilotun həlak olduğunu və təyyarənin Karaginski rayonunun Tımlat kəndinə ərzaq malları apardığını bildirib.
Qəzanın səbəbi hələ müəyyən edilməsə də, Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.