Yaponiya Xarici İşlər Nazirliyi Ukrayna ərazisində olma təhlükəsinin səviyyəsini maksimum dördüncü səviyyəyə qaldırmaq qərarına gəlib və öz vətəndaşlarını bu ölkənin ərazisini dərhal tərk etməyə çağırıb.
İctimairey.az xəbər verir ki, bu barədə cümə günü Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaponiya Xarici İşlər Nazirliyinin təsnifatına görə, müəyyən bir ölkənin ərazisində olma təhlükəsinin dördüncü səviyyəsi, dövlətin “ərazisini dərhal tərk etmək” və bu ölkəyə hər hansı səfərlərdən imtina etmək çağırışını ehtiva edir.
Yaponiya Xarici İşlər Nazirliyi qərarını “Ukrayna-Rusiya sərhədində gərginliyin davam etməsi” ilə izah edib. Ölkənin Xarici İşlər Nazirliyi böhranın həllinə yönəlmiş “davam edən diplomatik səylərə baxmayaraq” vəziyyətin gələcək inkişafının gözlənilməz olaraq qaldığını vurğulayıb.