SON DƏQİQƏ: Liviyanın Baş Nazirinə Sui-qəsd

0

Baş nazir Əbdülhəmid Dibeybe güc böhranının yaşandığı Liviyada bu səhər sui-qəsd cəhdindən yara almadan xilas olub.

Liviyada baş nazir Əbdülhəmid Dibeybe bu səhər sui-qəsd cəhdindən sağ çıxıb.

İctimairey.az mediya mənbələrə istinadən xəbər verir ki, hücum edənlər paytaxt Tripolidəki evinə gedən Dibeybenin avtomobilinə atəş açıb və baş nazir hadisə yerindən qaça bilib.

Mənbə hücum edənlərin qaçdığını və məsələ ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasının bu gün keçid hökumətinə rəhbərlik edəcək yeni baş naziri seçəcəyi gözlənilir. Dibeybe daha əvvəl hakimiyyəti təhvil verməkdən imtina etdiyini, yeni keçid dövrünə imkan verməyəcəyini və bugünkü səsvermədə iştirak etməyəcəyini bəyan etmişdi.

Son həftələr ölkənin paytaxtına silahlı qüvvələr yerləşdirilsə də, son hadisələrin yeni münaqişələrə səbəb olacağı ilə bağlı narahatlıqlar var.

Dibeybe keçən mart ayında BMT-nin dəstəklədiyi hökumətin başçısı vəzifəsini tutmuşdu. Ölkədə dekabrın 24-nə təyin edilmiş seçkilər də təxirə salınıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »