ABŞ-da “Tanrı millətin ilanı Co Baydenin başını kəsməyi əmr etdiyi” şəxs saxlanılıb. Həmin şəxs ABŞ prezidentini öldürməklə hədələməkdə ittiham olunur.
İctimairey.az xəbər verir ki, bu barədə Daily Beast məlumat yayıb.
Nəşrin məlumatına görə, Skott Merriman adlı Kanzas sakini saxlanılıb. O, bildirib ki, Tanrı ona Vaşinqtona getməyi, “millətin ürəyindəki ilanın başını kəsmək” əmrini verib.
Məhkəmə sənədlərində deyilir ki, müttəhim prezident Co Baydeni “başından ölümcül yara” ilə öldürməklə hədələyib.
Merriman tikinti podratçısı kimi tanınır. Yanvarın 26-da o, Kanzas ştatının Independencedən ayrılaraq, Merilend ştatının Haqerstown şəhərinə gedib və burada Gizli Xidmət tərəfindən bir dayanacaqdan aparılıb. O, agentlərə – “prezident Baydenə xəbər çatdırmalıdır və ölkədə insanları boğaza gətirdiyini, bezdirdiyini bildirməlidir” – deyib.
Merriman “Allahın əli” və “quzu qanı” haqqında çox danışırdı. Agentlər onun üzərində patron və dolu tüfəng tapıblar. Silahı, Merrimanın dediyinə görə, “kəşfiyyat” üçün nəzərdə tutulubmuş kürək çantasında saxlayırmış.
“Mən yuxulu Joen …. (söyüş) arxasınca gedirəm. Mən prezident Baydendən danışıram və siz məndən sitat gətirə bilərsiniz”, – Merriman həbs zamanı deyib.