Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə işsizlik və inflyasiya ilə bağlı məlumatların dərcindən sonra, Milli Statistika Agentliyinin rəhbəri Sait Erdal Dinçeri vəzifəsindən azad edib.
İctimairey.az xəbər verir ki, TELE1 məlumat yayıb ki, bundan əlavə, agentlik uzun müddətdir ki, miqrasiya və ölüm statistikasını açıqlamır, kanal xəbər verir.
Qeyd edək ki, Ərdoğan lirənin çökməsi fonunda maliyyə nazirini istefaya göndərib. 2021-ci ilin dekabrında Ərdoğan lirənin ucuzlaşması fonunda Lütfi Elvanı maliyyə naziri vəzifəsindən azad edib. 2021-ci ilin yanvar ayında türk lirəsi bir dollar üçün 7,4 lirədən ticarət edirdi. İl ərzində o, 60% ucuzlaşıb, dekabrda isə dəyərinin 40%-dən çoxunu itirib. Beləliklə, məzənnə tarixi minimuma düşüb.
Artan inflyasiya ilə əlaqədar Ərdoğan lirənin volatilliyini azaltmaq üçün yeni tədbirlər görəcəyini açıqlayıb. “Bundan sonra heç bir vətəndaşımız valyuta məzənnəsinin dəyişməsinin faiz ödənişlərindən əldə edilən gəliri azalda biləcəyi qorxusuna görə əmanətlərini türk lirəsindən xarici valyutaya köçürməyə ehtiyac duymayacaq, dollar hazırkı məzənnəsindən aşağı olacaq, vətəndaşlara təzminat ödəniləcək.”, – deyə o qeyd edib. O, milli iqtisadiyyatı dəstəkləmək üçün, dollar əmanəti olan insanları lirəyə çevirməyə çağırıb.