Daşkənd zooparkında bir qadın qızı qonur ayı olan volerə atıb.
Qadın Daşkənd Zooparkında qızı qəfldən ayı üçün nəzərdə tutulmuş volerə atıb, yırtıcı uşağa toxunmayıb, qız təxminən beş metr hündürlükdən yıxılıb.
İctimairey.az zooparkın Telegram kanalına istinadən bildirir ki, “Bu gün, yanvarın 28-də, təxminən yerli vaxtla saat 12:00-da gənc qadın camaatın gözü qarşısında kiçik qızı ayı volerinə atıb”, –
Mətbuat xidmətinin məlumatına görə, Qafqaz qonur ayısı Zuzu qadının hərəkətlərini metal hasardan keçərək izləyib, daha sonra yavaş-yavaş səngərə enərək qıza yaxınlaşıb, burnunu çəkib və oradan uzaqlaşıb. “Zoparkın işçiləri ayını şirnikləndirərək, oradan uzaqlaşdırıb. Qız ancaq beş metrə yaxın hündürlükdən yıxıldığına möhkəm əzilib”.
Məlumat üçün qeyd edək ki, ayı 2017-ci ildə Bakı Zooparkından Daşkəndə gətirilib və “əvvəldən ünsiyyətcilliyi, oynaqlığı və ictimaiyyətə açıq olması ilə bütün komandanın sevimlisi olub”.
“Hazırda hüquq-mühafizə orqanları bu hadisənin səbəblərini araşdırır, uşaq həkim nəzarətindədir. Daşkənd zooparkı qıza tibbi yardım göstərilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb və onun tezliklə sağalmasını arzulayır”, – mətbuat xidməti əlavə edib.