SON DƏQİQƏ XƏBƏR: Rusiyadan Ukrayna açıqlaması: Müharibə olmayacaq

0

Rusiya Xarici İşlər Naziri Lavrov, “Ukrayna ilə müharibə olmayacaq, lakin maraqlarımızın göz ardı edilməsinə icazə verməyəcəyik” – deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ilə bağlı yeni açıqlama verib. “Moskva müharibə istəmir”, – Lavrov deyib.

Lavrov müharibənin olub-olmamasının Rusiyadan asılı olduğunu bəyan edib. O vurğulayıb ki, Rusiya Ukrayna ilə müharibə istəmir, lakin onun maraqlarına məhəl qoyulmasına imkan verməyəcək.

Rusiyalı nazir ABŞ və NATO-nun Moskvanın təhlükəsizliklə bağlı təkliflərinə cavablarını da dəyərləndirib. O bildirib ki, nazirliklər təklifləri araşdırır. O, ABŞ-ın təkliflərinin NATO-nun təkliflərindən daha yaxşı olduğunu bildirib.

Qərbin təhlükəsizliklə bağlı təkliflərindən “nəsə” olduğunu bildirən Lavrov, təkliflərə necə cavab veriləcəyinə prezident Vladimir Putinin qərar verəcəyini təkrarlayıb.

Rusiyalı nazir yaxın həftələrdə amerikalı həmkarı Entoni Blinkenlə görüşməyi gözlədiyini bildirib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »