Ermənistan vətəndaşlarının Rusiyaya mühacirətinin artdığını qeyd edib

0

2021-ci ildə Ermənistanın 46 900-dən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib ki, bu da son illər üçün rekord göstəricidir. Ümumilikdə 2017-2021-ci illərdə demək olar ki, 153,8 min erməni Rusiya pasportu alıb.

İctimairey.az xəbər verir ki, NEWS.am portalının məlumatına görə, Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir.

Mühacirətin əsas səbəbləri kütləvi işsizlik, eləcə də minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlirlərdir. Əhəmiyyətli inflyasiya (2021-ci ildə 7,2%), xüsusilə aqroinflyasiya (11,2%) rol oynamışdır.

Portal qeyd edir ki, buna səbəb həm də Dağlıq Qarabağda –44 günlük müharibənin ağır nəticələri, ölkədə, xüsusən də onun sərhədyanı rayonlarında sonrakı gərgin vəziyyət olub.

Qəzet yazır: “Bir çox insan ailələrinin, xüsusən də uşaqların təhlükəsizliyindən qorxaraq, ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən vətənlərini tərk edir”.

Bundan əlavə, Ermənistan sakinləri üçün Rusiyada uyğunlaşma çətin deyil, xüsusən də əksəriyyətinin rus dilində danışdığını nəzərə alsaq.

Eyni zamanda, Ermənistanda əhalinin əksəriyyəti qocalardı: BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, 2021-ci ildə respublikada 64 yaşdan yuxarı insanlar əhalinin ümumi sayında 10%-i ötüb. Gələcəkdə bu amillər Ermənistanın demoqrafiyasına, sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək.

Bundan əvvəl Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilərin sayını açıqlayıb: 667 939 nəfər pasport alıb. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov potensial Rusiya vətəndaşlarının Şərqi Sibirə köçürülməsini təklif edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »