Bir müddətdir ağciyər xərçəngindən müalicə alan məşhur aktyor ötən həftə məmləkəti Mersində reanimasiyaya aparılıb. Aktyor müalicə olunduğu Mersində bu gün dünyasını dəyişib.
İctimairey.az xəbər verir ki, MESİAD (Mersin Sənayeçi və İş Adamları Dərnəyi)nin İdarə Heyətinin üzvü Sait Dərvişoğlu vəfat xəbərini sosial mediada açıqlayıb.
“İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” serialları ilə tanınan və son olaraq Diriliş Ertuğrul serialı ilə tanınan 51 yaşlı aktyor Ayberk Pekcan (51) dünyasını dəyişib.
Dərvişoğlu “Canım, ciyərim, dostum, qardaşım; türk kinosunun veteranı Ayberk Pekcan’ı itirdik. Mekanı cənnət olsun” ifadələrini işlədib.
AYBERK PEKCAN KİMDİR?
Türk kino və serial aktyoru Ayberk Pekcan 22 may 1970-ci ildə Mersində anadan olub.
Uşaqlığını və gəncliyini Adanada və Mersində keçirib. İbtidai və orta təhsilini Adanada, liseyi isə Mersində tamamladıqdan sonra, Mersin Universiteti Gözəl Sənətlər Fakültəsi, Səhnə Sənətləri Fakültəsi Teatr Fakültəsini bitirib. Daha sonra İstanbulda aktyorluq karyerasına başlayıb.
O, “İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” seriallarında baş rolları canlandırıb.
2010-cu ildə baş rolda oynadığı Saçlar bədii filmi ölkə və beynəlxalq kinofestivallarda mükafatlar alıb. 2012-ci ildə ekranlara çıxan Aşk ve Devrim filmindəki performansına görə 23-cü Ankara Beynəlxalq Film Festivalında ən yaxşı köməkçi kişi aktyoru mükafatına layiq görülüb.