Daşnaklar dünya ermənilərinin Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesində iştirakını tələb edir

0

Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesində bütün dünya ermənilərinin səsvermə hüququ olmalıdır.

İctimairey.az xəbər verir ki, bu barədə İsveç EİFD (Erməni İnqilabi Federasiyası Daşnaksütyun) Komitəsinin bəyanatında deyilir. Bəyanatı diqqətinizə çatdırırıq:

“Biz Ermənistan Respublikası hökumətinin dövlətçiliyin məhvinə yönəlmiş daxili və xarici siyasətinin və ondan Artsax Respublikasının suverenliyinə və onun gələcəyinə yönələn təhdidlərin və çağırışların şahidi oluruq”, – bəyanatda deyilir.

Daşnaksütyun əmindir ki, Ermənistanın hakim gücünün yeritdiyi siyasəti nəzərə alaraq, Ermənistanla Türkiyə arasında başlayan danışıqlar aşağıdakılara gətirib çıxaracaq:

  1. Ermənistan hakimiyyətinin erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən imtinası;

  2. Artsaxın Azərbaycana təslim olması;

  3. Ermənistan və Türkiyə arasında mövcud dövlətlərarası sərhədin hüquqi cəhətdən möhkəmləndirilməsi;

  4. Panturan proqramının tərkib hissəsi olan “Zəngəzur dəhlizi”nin yaradılması.

EİFD ER hakimiyyətindən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması proqramının əsas məqamlarını və “qırmızı xətləri”ni təcili açıqlamağı, Türkiyənin ilkin şərtlərinə tabe olmamağı tələb edir.

“Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Ermənistan Respublikası hökumətinin monopoliyası deyil. Bu prosesdə dünya erməniləri öz sözünü deyir”, – sənəddə deyilir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »