Federal Təhlükəsizlik Xidməti Moskvada “Infraud Organization” haker qrupunun təsisçisi Andrey Novak da daxil olmaqla dörd üzvünü saxlayıb.
Bütün məhbuslar kiber fırıldaqçılıq ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib. Müstəntiqlərin fikrincə, The Infraud Organization oğurlanmış kredit kartı məlumatlarının istifadəsindən gəlir əldə edib.
İctimairey.az xəbər verir ki, mediyanın məlumatına görə, hakerlər FSB tərəfindən ABŞ hüquq-mühafizə orqanlarının “əməliyyat dəstəyi ilə” saxlanılıb. Andrey Novak iki ay müddətinə həbs edilib, qrupun digər üzvləri – Kirill Samokutyaev, Konstantin Berqman və Mark Berqman ev dustaqlığına buraxılıb.
Hazırda cinayətkar haker qrupunun qalan üzvlərinin axtarışı davam etdirilir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272 (kompüter məlumatlarına qeyri-qanuni giriş) və Art. 187 (ödəniş vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunurlar.
Son bir ayda bu, Rusiyada hakerlərə qarşı ikinci səs-küylü əməliyyatdır.
Qeyd edək ki, yanvarın 14-də FSB ABŞ-ın tələbi ilə REvil haker qrupunun 14 üzvünü saxlayıb. Onlardan 426 milyon rubldan (9 859 479,86 manat)çox pul, həmçinin kompüter avadanlığı və 20 premium avtomobil müsadirə edilib. Səkkiz nəfər həbs olunub, onları 1 milyon rubla qədər cərimə ilə 7 ilə qədər həbs gözləyir.