Ermənistanın “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirmək üçün, Türkiyə hakimiyyətindən icazə alıb.
İctimairey.az xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının sədri Aram Ananyanın mediyaya verdiyi məlumata görə, ilk uçuş fevralın 2-nə planlaşdırılıb.
Daha əvvəl xəbər verildiyi kimi, “Flyone Armenia” və “Pegasus” Ermənistanın Mülki Aviasiya Komitəsindən İrəvan-İstanbul-İrəvan marşrutu üzrə, qeyri-planlı uçuşlar həyata keçirmək üçün icazə alıb.