İsrail İsrailli qadınları işə götürən İranın casus şəbəkəsini məhv etdiyini bildirib

0

İsrail sosial media vasitəsilə israilli qadınları işə cəlb edən, İran casus şəbəkəsini ləğv etdiyini bildirib.

İctimairey.az bildirir ki,  AP((Associated Press) xəbər verir ki, qadınlar gizli obyektlərin fotoşəkillərini çəkməyə, kəşfiyyat məlumatları toplamağa razılaşıblar və ən azı iki dəfə oğullarını İsrail hərbi kəşfiyyatında işləməyə təşviq ediblər.

İsrailin daxili təhlükəsizlik agentliyi Şabak bildirib ki, İran kəşfiyyatında şübhəli bilinən şəxs Facebook-da özünü Rambod Namdar kimi təqdim edib və İsraildə yaşayan yəhudi olduğunu iddia edib. Onun İran əsilli israilliləri hədəf aldığı görünür.

40 yaşlı israilli qadının bir neçə ildir onunla əlaqə saxladığı və Tel-Əvivdə olarkən ABŞ səfirliyinin, eləcə də İsrail hökumətinin ofisinin və ticarət mərkəzinin fotoşəkillərini çəkməyə razılaşdığı bildirilir. İşə götürən şəxs ondan oğlunu məcburi xidməti üçün, hərbi kəşfiyyata qoşulmağa təşviq etməyi xahiş edib və hətta fars dilininə dərəcədə  bilməsini öyrənmək  üçün, onunla telefonla danışıb.

57 yaşlı başqa bir qadın dörd il ərzində onu işə götürən şübhəli şəxslə əlaqə saxlayıb və bir sıra tapşırıqlar üçün ümumilikdə 5000 dollar alıb. O, həmçinin oğlunu hərbi kəşfiyyata qoşulması üçün, təzyiq edib və hərbi sənədlərini işə götürənə göndərib.

O, iranlı-israillilər haqqında məlumat toplamaq üçün, klub yaradıb və İsrail parlamentinin üzvüləri ilə əlaqələr qurmağa çalışıb, Şabak üzv olan deputatların adını çəkmədən bildirib. Ona evindəki “masaj otağı”na gizli kamera quraşdırmaq da tapşırılıb.

Şabak bildirib ki, iddia edilən casus şəbəkəsinin hədəfləri həbs edilib və onlar “ciddi ittihamlarla” üzləşiblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »