SON DƏQİQƏ: Robert Köçəryanın iddiası ilə  Paşinyana qarşı məhkəmə başlayıb

0

Paşinyanın mətbuat katibi  məhkəmənin video çəkilişini mediaya qadağan etməyi tələb edib.

İrəvan şəhərinin Kanaker iqamətgahının Ümumi Yurisdiksiya Məhkəməsində hakim Sergey Saakyanın sədrliyi ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Nikol Paşinyana və Ermənistan Respublikasına qarşı iddiası üzrə mülki işə baxılır.

İclasın açıq olmasına baxmayaraq, müttəhim Nikol Paşinyanın nümayəndəsi David Hunanyan bu dəfə media nümayəndələrinin iclasın videoçəkilişinə qarşı çıxıb.

Xatırladaq ki, mülki iddia Nikol Paşinyanın ötən il martın 1-də Respublika meydanında keçirilən mitinqdə səsləndirdiyi böhtan xarakterli bəyanatlara aiddir. Aprel ayında Robert Köçəryanın vəkili Hayk Alumyan şərəf və ləyaqətinin açıq şəkildə ifadə olunmuş böhtandan qorunmasını və böhtan nəticəsində vurulmuş qeyri-maddi ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »