Braziliyada qayıqların üzərinə nəhəng qaya parçası düşüb: 5 nəfər ölüb, 20 həfər itkin düşüb

0

Braziliyanın turizm şəhərlərindən biri olan Minas Gerais əyalətinin Kapitolioda körfəzində nəhəng qayanın qayıqların üzərinə düşməsi nəticəsində 5 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Braziliya

34 nəfər yaralanıb. Onlardan 23-nün vəziyyətinin yaxşı olduğu və evlərinə göndərildiyi, yaralılardan 11-nin xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.

İctimairey.az Minas Gerais yanğınsöndürmə idarəsindən verilən açıqlamada, hadisə şənbə günü Minas-Jerais ştatında baş verib. Mediada sıldırım qayanın çatlamasını, göldə bir neçə qayığın üzdüyünü və böyük bir qaya parçasının suya düşməsi, ən azı iki qayığın batdığını əks etdirən videogörüntülər peyda olub.

Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Edqard Estevo qeyd edib ki, hazırda 20-yə yaxın itkin düşmüşdür, onları xilas etmək üçün xidmət hadisə yerinə dalğıclar və helikopterlər göndərib.
Səlahiyyətlilər, həmçinin hadisə zamanı körfəzdə 100-ə yaxın adamın olduğunu, lakin onların əksəriyyətinin qəza yerindən qaçdığını bildirir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »