MARAQLI: Türkmənistanda “Cəhənnəm qapısı” qaz krateri söndürüləcək

0

Müvafiq göstərişi prezident Qurbanqulu Berdiməhəmmədov verib.

İctimairey.az Turkmenportal.-a istinadən xəbər verir ki, Türkmənistanda 50 ildən artıqdır yanan qaz krateri sönəcək.

Prezident Qurbanqulu Berdiməhəmmədov hökumətə 50 ildən artıqdır yanan krateri söndürməyi tapşırıb.

Dövlət başçısı qeyd edib ki, “uzun illərdir ki, bu ərazidə külli miqdarda qaz yanır ki, bu da regionun ekologiyasına və əhalinin sağlamlığına mənfi təsir göstərir”.

Yanacaq-energetika kompleksinə rəhbərlik edən baş nazirin müavini Şaxım Abdrahmanova isə, məsələnin həlli üçün alimləri, lazım gəldikdə isə, xarici mütəxəssisləri cəlb etmək tapşırılıb.

Kraterin bağlanması məsələsi, ilk dəfə 2010-cu ildə Türkmənistan prezidenti tərəfindən qaldırılıb.

Aşqabaddan təxminən 260 kilometr şimalda, Qaraqum səhrasının mərkəzində yerləşən və xalq arasında “Cəhənnəm qapısı” adlandırılan Darvaza qəsəbəsində yanan qaz krateri elm adamlarının və turistlərin diqqətini çəkən Türkmənistanın görməli yerlərindən biridir.

1971-ci ildə sovet geoloqları bu ərazidə təbii qazın yığılmasını aşkar ediblər və quyu qazmaqla çökməyə səbəb olublar. Qazıntı səbəbindən torpağın yuxarı təbəqələri sadəcə olaraq, yeraltı mağaraya çökdüyündən, qazla dolu böyük bir çuxur açılıb.

İnsanların və mal-qaranın qazdan zəhərlənməsinin qarşısını almaq üçün, geoloqlar zamanla alovun səngiyəcəyinə inandıqlarından, onu yandırmaq qərarına gəliblər. Amma oradan çıxan qaz bu günə kimi yanmağa davam edir.

Qaz çuxurunun diametri 60 metr, dərinliyi 20 metrə yaxındır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »